Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 10 823 manatdır.
Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 1 və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işləri ilə bağlıdır.