16 C
Baku
Thursday, May 2, 2024

Bakının bu ərazisində istilik təchizatı kəsildi

Bakının Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında müvəqqəti fasilə yaranıb.

Bu haqda “Azəristiliktəchizat” ASC məlumat yayıb.

Məlumata görə, buna səbəb həmin ərazini istilik enerjisi ilə təchiz edən magistral xətdə qəza baş verməsidir.

Qəzanın operativ aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, bütün lazımi tədbirlər görülür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər