29 C
Baku
Friday, June 21, 2024

Bakının bu hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə bu gün gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində (Parlament prospekti-Badamdar şosesi hissəsi) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, öncədən də verilmiş məlumata əsasən hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu hissədə aparılan işlərin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər