27 C
Baku
Monday, July 8, 2024

Bakının bu hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Heydər Əliyev prospektinin 17.4-cü kilometrlik hissəsində, şəhər istiqamətində bu axşam saat 22:00-dan səhər saat 05:00-dək “P” tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt ərzində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

6db4101e 1791 3a89 81fb f374fc4ee367 850

MənbəReport
Son xəbərlər
Digər xəbərlər