Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilir.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.