Gürcüstanın paytaxtı Tbilisidə tramvay xətləri layihəsinin alınması və tikinti işlərinin həyata keçirilməsi üzrə tender elan edilib. Bunu şəhərin meri Kaxa Kaladze açıqlayıb.
Bəs Bakıda necə?
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, şəhərdə nəqliyyat vasitələrinin çoxalmasını nəzərə alaraq ictimai nəqliyyatın işinin optimallaşdırılması, genişləndirilməsi və bunların istifadəsi üçün vətəndaşlar arasında təbliğat işlərinin aparılması həyata keçirilir.
O həmçinin qeyd edib ki, xüsusilə Bakıətrafı kəndləri birləşdirən tramvay xəttinin həyata keçirilməsi nəzərdə tutulur.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, Bakıda iki yaşayış sahəsinin – Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.