Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinə qədər olan hissəsində təmir işlərinə start verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti sentyabrın 12-si saat 20:00–a qədər qismən məhdudlaşdırılacaq.