20 C
Baku
Monday, October 2, 2023

Bakının bu rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Bakının Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Sabah saat 09:00-dan təmir işləri başa çatanadək “Qum Məişət(Qİİ)”, “Alko”, “Naximov”, “Müşviq əhali”, “Mirzə Davud küçəsi”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər
X