9 C
Baku
Friday, December 13, 2024

Bakının bəzi yolları genişləndirilir – Tramvay xətti qurulacaq

İşğaldan azad edilmiş 9 şəhərdən 7-nin baş planı hazırdır.

Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Anar Quliyev deyib.

Onun sözlərinə görə İlkin mərhələdə bərpa olunacaq 83 kənddən 66-sının, 8 qəsəbədən 6-sının şəhərsalma əsaslandırması işlərinin  böyük hissəsi yekunlaşıb.

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.

Baş memar sovet dönəmində tikilən binaların sökülməsi məsələsinə də aydınlıq gətirib.

Videomaterialı təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər