26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Bakının keçmiş “Luna Park”ı yenidən qurulur (Foto)

Screen Shot 2021 09 02 at 14.34.20

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Parkının (keçmiş “Luna Parkı”) yenidən qurulması layihəsi uğurla davam etdirilir.

Banker.az xəbər verir ki, plana əsasən Nizami Park layihəsi, mövcud ərazini Bakının başqa bir gözəl şəhər parkına çevirəcək.

Parkın çox hissəsi yaşıl bitkilərlə örtülüdür, bu da gəzinti və istirahət üçün rahat şərait yaradır. Bundan əlavə, parkda oyun meydançası, idman sahəsi, kafe və s. olacaq.

Ümumi mənzərənin ən gözəl hissələrindən biri, parka uyğunlaşdırılmış göl olacaq.

Sərəncama əsasən, bu məqsədlər üçün 2021 -ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Park tikintisi davam edən Ağ Şəhər layihəsinin ərazisinə daxildir. Yenidənqurmadan sonra parkın sahəsi iki dəfədən çox artacaq – indi 8,2 hektardırsa, abadlıq işlərindən sonra 16 hektar olacaq. parkk

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər