21 C
Baku
Wednesday, June 7, 2023

Bakının mərkəzi küçələrində tıxac var – SİYAHI

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi adlanan istiqamət üzrə sıxlıq müşahidə olunur.

Alı Mustafayev küçəsi (köməkçi yol) – (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıqdır.

Akademik Həsən Əliyev küçəsi – (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.

Qeyd: Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra – əsas yolda) 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlığın əsas iki səbəbi var:

1) Nəqliyyat vasitələrinin çoxluğu;

2) Nəqliyyat vasitələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməni keçdikdən sonra üç zolaqlı yoldan yol ötürücüsünün üzərinə doğru iki zolaqlı yola daxil olması (yol-nəqliyyat hadisəsi olmadığı vaxtlarda).

Son xəbərlər
Digər xəbərlər
X