8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Bakının mərkəzində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Bakının Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.

DİN Mətbuat Xidmətindən  bildirilib ki, məhdudiyyət tədbir tam başa çatana qədər davam edəcəkdir.

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

 

 

Son xəbərlər
Oxşar xəbərlər