29 C
Baku
Sunday, June 29, 2025

Bakının mərkəzində tıxac problemini həll etmək üçün yeni layihə hazırlanıb

Bakının daha bir küçəsində yenilik ediləcək.

Məqsəd metronun “Gənclik” stansiyası ətrafındakı ərazidə tıxacın azaldılmasıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bununla bağlı layihə hazırlanıb. Paytaxtın Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və üç hərəkət zolağının dörd hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutulur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sözügedən ərazidə yaranan sıxlığın əsas səsbəbi ticarət mərkəzində yaranan növbə, yolun daralması və avtomobillərin sərnişin düşürmə üçün dayanmasıdır.

Ərşad Hüseynov əlavə edib ki, sözügedən layihə ərazidəki tıxacın qarşısını tam almasa da, müsbət təsiri olacaq.

Son xəbərlər
Digər xəbərlər