9 C
Baku
Friday, October 31, 2025

Bakının məşhur məhəlləsi sökülür – Sakinlərə kompensasiya ödənilib

Bakının Yasamal rayonu ərazisində yerləşən 1-ci Alatava məhəlləsi yenidənqurma planına daxil edilib. Ərazi uzun illərdir paytaxtın mərkəzinə yaxın, lakin köhnə tikililərin üstünlük təşkil etdiyi yaşayış massivlərindən biri kimi tanınır.

Artıq söküntü prosesi mərhələli şəkildə həyata keçirilir.

Sovet dövründə “Taksimatornu” adlandırılan sahə və onun ətrafında yerləşən tikililərin bir hissəsi sökülüb, sakinlərə kompensasiya məbləği razılaşdırılıb və ödənilib.

Ərazidə yaşayan bir çox sakin artıq əşyalarını yığışdıraraq köçüb. Qalan tikililərin də yaxın günlərdə tam boşaldılacağı bildirilir.

Yasamal rayonunda həyata keçirilən bu yenidənqurma mərhələsinin məqsədi köhnə, istismar müddəti bitmiş binaların əvəzində müasir yaşayış və sosial infrastrukturun qurulmasıdır.

Qeyd edək ki, 1-ci Alatava ərazisində gələcəkdə müasir çoxmərtəbəli binalar, geniş küçə infrastrukturu və ictimai xidmət obyektləri inşa ediləcək.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər