13 C
Baku
Saturday, November 16, 2024

Bakının metallurgiya sənayəsində 293 milyon manatlıq məhsul istehsal edilib

Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 293,4 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə  müqayisədə metallurgiya sənayesində 0,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində 18,3 faiz azalma müşahidə olunmuşdur.

Əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən sahə üzrə alüminium  çubuqlar, millər və profillər 2,3 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 7,9  faiz  artmış, qara metallardan sair konstruksiyaların istehsalı 48,3 faiz, armaturun istehsalı  isə 20,7 faiz  azalmışdır.

Son xəbərlər
Digər xəbərlər