-1 C
Baku
Friday, February 21, 2025

Bakının nəqliyyat sistemində ciddi dəyişikliklər gözlənilir

Bakı metrosunda xətlərinin ayrılması bu il başlayacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilə qədər 10 yeni metro stansiyası tikilməli, “yaşıl” və “qırmızı” xətlər ayrılmalı və vaqon parkı yenilənməlidir.

“Bu gün hər bir istiqamətdə günün tələbinə uyğun işlər aparılır. Metro inşaatında ən vacib mərhələlərdən biri layihələndirmədir. Bu proses gələcək bütün işlərin gedişini və istiqamətini müəyyənləşdirir. Hazırda bu sahədə genişmiqyaslı işlər görülür. Bu il bir sıra istiqamətlərdə konkret addımlar atılacaq. Onların ən önəmlisi isə metro xətlərinin ayrılması layihəsidir”, – deyə Ş. İmkani bildirib.

O vurğulayıb ki, bu proses son dərəcə mürəkkəb olsa da, Bakı şəhərinin, xüsusilə mərkəzi hissəsinin nəqliyyat sisteminə ciddi dəyişiklik gətirəcək: “Layihə çərçivəsində görülən işlər sürətlə davam etdirilir və icrasına bu il start veriləcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər