18 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, o bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.