Bakının rayonlarında ən çox əməkhaqqı haradadır?

Bakı şəhərində ən çox orta aylıq əməkhaqqı alan rayonların siyahısı tərtib edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda orta aylıq əməkhaqları 1 aprel tarixinə 1,243.7 manat olub və bu, illik müqayisədə 8 faiz artımdır.

İnzibati ərazisində neft-qaz mədənlərinin düşdüyü Pirallahı rayonu ilk sırada liderliyini qorumaqdadır. Bu rayonda orta aylıq əməkhaqqı 2,251.5 manat təşkil etməklə keçən ilki göstəricidən 2 faiz yuxarı olub.

Suraxanı, Sabunçu və Binəqədi rayonları ölkə üzrə orta göstərici olan 1000 manatdan aşağıda qalmaqdadırlar.

Bakı şəhərində işçilərin orta aylıq əmək haqqı, rayonlar üzrə (manat)
Şəhər  1 aprel, 2024  1 aprel, 2023  İllik +/- (%)
Pirallahı rayonu             2,251.5            2,207.0 2.0%
Səbail rayonu             2,135.3            1,986.4 7.5%
Qaradağ rayonu             1,490.6            1,475.5 1.0%
Xəzər rayonu             1,387.5            1,159.6 19.7%
Bakı şəhəri  (orta)            1,243.7           1,151.7 8.0%
Xətai rayonu             1,252.2            1,144.6 9.4%
Nəsimi rayonu             1,207.7            1,088.9 10.9%
Nizami rayonu             1,087.8            1,048.3 3.8%
Nərimanov rayonu             1,040.6            1,010.8 2.9%
Yasamal rayonu             1,034.7               914.9 13.1%
Suraxanı rayonu                908.2               889.0 2.2%
Sabunçu rayonu                918.8               863.2 6.4%
Binəqədi rayonu                819.7               764.8 7.2%

 

Son xəbərlər
Digər xəbərlər