9 C
Baku
Thursday, December 12, 2024

Bakının sənaye istehsalı oktyabrda 8 mlrd. manatdan çox olub

2022-ci ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64.4 milyard manat təşkil edib. Təkcə oktyabr ayında bu göstərici 8.3 milyard manat olub.

Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.

Sənaye məhsulunun 86%-i mədənçıxarma, 12.2%-i emal, 1.4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 90.9% olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95.3%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4.7 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2022-ci il vəziyyətinə 516.3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54.4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər
Digər xəbərlər