17 C
Baku
Friday, May 10, 2024

Bakının sərnişindaşıma şirkəti ən azı 20 min cərimələnəcək – Əmək müqaviləsi səbəbindən

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkədə ictimai sərnişindaşıma şirkəti barəsində  cərimə protokolu tərtib edib.

Banker.az xəbər verir ki, Xidmət 15 yaşlı şirkət “Xaliq Faiqoğlu” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Binəqədi Rayon Məhkəməsinə göndərib.

İXM-in bu maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tərtib edilir. Hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

“Xaliq Faiqoğlu” MMC 2006-cı ildə yaradılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər