Bakının şimal girişi abadlaşdırılır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər.
Qeyd olunub ki, abadlaşma işləri Moskva prospektində binalar və onların ətrafında aparılır:
“Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhərin şimal girişinin abadlaşdırılması BŞİH-in sifarışi ilə həyata keçirilir. Moskva prospekti 75 və 75A ünvanlarında yerləşən iki binada layihəyə uyğun yenilənmə işləri aparılır. Sözügedən ərazi Bakının girişi olduğu üçün orada estetik baxımdan abadlıq işləri aparılacaq. Abadlaşdırılacaq hər iki bina 6 blokdan ibarətdir.
Hazırda burada ümumi istifadədə olan 12 blok, dam örtükləri və fasadların əsaslı təmiri həyata keçirilir. Bundan əlavə, binaların yerləşdiyi ətraf ərazidə də yenidənqurma işləri aparılacaq”.