Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.
Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl də Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Bakının bəzi ərazilərinə su verilməsində bir neçə gün ərzində fasilə yaranmışdı.