Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satınalınması ilə bağlı satınalma həyata keçirib.
Banker.az xəbər verir ki, satınalmanın qalibi “VNM İnvest” MMC olub.
Müqavilə çərçivəsində şəhər ərazisində yaşıllıq sahələrinin saxlanılması və genişləndirilməsi məqsədilə müxtəlif əkin materialları, gübrələr və pestisidlərin alınması nəzərdə tutulur.
Satınalmanın ümumi məbləği 3 850 275 manat təşkil edir.







