22 C
Baku
Sunday, June 26, 2022

Bakının yollarından birində hərəkət məhdudlaşdırılır

Bu gecədən Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

“Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir”, – məlumatda qeyd olunub.

Son xəbərlər
Oxşar xəbərlər