“Bakinity Distribution” İpoteka və Kredit Zəmanət Fondundan sifariş aldı

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyalarına dair avadanlıqların satın alınması üçün elan etdiyi tenderin qalibini müəyyən edib: “Bakinity Distribution” MMC.

Banker.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu  “Bakinity Distribution” MMC ilə 2 müqavilə bağlayıb.

Müqavilənin məbləği 36 min 603 manatdır.

Bildirək ki, “Bakinity Distribution” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 000 manatdır. “Bakinity Distribution” dünyanın aparıcı İT şirkətlərinin tərəfdaşıdır.

Son xəbərlər
Digər xəbərlər