5 C
Baku
Saturday, December 14, 2024

“Bakı Sığorta” 86 nəfər işçisini ixtisar edib

Azərbaycanda fəaliyyət göstərən “Bakısığorta” ASC ötən ilin sonunda 79 nəfər işçisini ixtisar edib.

Banker.az-ın əldə etdiyi məlumatda bu qeyd edilir.

Məlumata əsasən, 2021-ci ilin sentyabrın 30-na olan məlumata əsasən sığorta şirkətində 198 nəfər işçi çalışıbsa, ilin sonuna işçilərin sayı 79 nəfərədək azaldılaraq 119 nəfər olub. İyun  ayı ilə müqayisədə isə 86 nəfər azalıb.

Onu da qeyd edək ki, ötən ilin mart ayının sonuna sığorta şirkətinin işçilərinin sayı 129 nəfər, iyun ayının sonuna 205 nəfər olub.

Son xəbərlər
Digər xəbərlər