Bakıxanov Çörək Zavodunun idarə edici şirkəti “Sarham” MMC təsisçiləri, direktoru dəyișilir.
Banker.az xəbər verir ki, Eyni zamanda adı da dəyişdirilərək “Bakıxanov Çörək Zavodu” MMC təyin edilir.
İndiyə qədər şirkətin bir dəfə rəhbəri dəyişdirilib. Belə ki, 2024-cü ilə qədər şirkətin direktoru Nəbiyev Rasim Cəfər oğlu olduğu halda, 2024-cü ildən sonra ona rəhbərlik Hicri Nəbiyev Rasim oğluna həvalə edilmişdi. Yəni atadan oğula ötürülüb.
Şirkət indiyə qədər təsisçiləri ilə bağlı mediada hər hansısa məlumat bölüşməyib.