7 C
Baku
Sunday, December 15, 2024

Bakıya 12 metrlik avtobuslar gətirilib

“Bakı Nəqliyyat Agentliyi tərəfindən 229 ədəd 12 metrlik avtobus gətirilib. Noyabr ayından etibarən də 18 metrlik avtobusların gətirilməsinə start veriləcək”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, ümumilikdə ilin sonuna qədər 12 metrlik avtobusların xətlərə buraxılmasının yekunlaşdırılması nəzərdə tutulub:

“Son 3 ildə sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət həm təhlükəsizlik baxımından səviyyəsinin artırılması istiqamətində ciddi iş aparılmaqdadır. Bu sahədə sərnişinlərin rahatlığının təmin edilməsi onlara yüksək səviyyədə xidmətin göstərilməsi ilə bağlı dövlət başçısı tərəfindən qarşımızda konkret tələblər qoyulub. Sərnişindaşıma dövlət başçısının daim diqqəti mərkəzindədir. Bu gün bu sahədə əldə edilən müsbət nəticələr, davam etməkdə olan islahatlar məhz bu diqqətin və qayğının nəticədə mümkün olub”.

Qurum rəsmisi bildirib ki, optimallaşdırma işləri çərçivəsində marşrut xətlərinin sayı 167-dən 150-ə endirilib:

“Bir-birini təkrarlayan xətlər ya ləğv edilib ya da birləşdirilib. Bununla yanaşı,  daşıyıcı sayı 65-dən 37-ə qədər azaldılıb. Burada söhbət avtobus parkının yenilənməsindən gedir.

Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan zaman bu sahədə çalışan özəl sektor avtobus parkının yenilənməsi, istismarda olan nəqliyyat vasitələrinin təmirinə elə də maraqlı deyildilər. Lakin qısa vaxtda onlarla münasibətdə şəffaflıq prinsipinə əsaslanan idarəçilik və düzgün idarəetmə sayəsində vəziyyət müsbətə doğru dəyişməyə başladı”.

BNA rəsmisinin sözlərinə görə, son 1-2 ildə daşıyıcılar tərəfindən 200-dən artıq avtobus gətirilib:

“1500 avtobus əsaslı təmir edilib. Avtobuslarla yanaşı, ən vacib məqamlardan biri istehsalat bazaları ilə bağlıdır. Son 3 ildə 8 qaraj təkmilləşdirilib bu sahədə qoyulan tələblərə uyğunlaşdırılıb”.

Mətbuat katibi deyib ki, bütün avtobusların kart sisteminə keçirilməsi üçün ciddi iş aparılır.

©Modern.az

Son xəbərlər
Digər xəbərlər