13 C
Baku
Friday, April 19, 2024

Bakıya 320 ədəd yeni avtobus gətirilir – 150-si 12 metrlik olacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat vasitələri – avtobusların satın alınması üzrə açıq tender elan edib.

Tender 170 ədəd 10 metrlik və 150 ədəd 12 metrlik STQ tipli avtobusların satın alınması üzrə keçirilir.

İddiaçılar tender sənədlərini avqustun 25-dək, tender təkliflərini isə sentyabrın 2-dək təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 3 500 manat təşkil edir. Təkliflər zərflərinin açılma proseduru sentyabrın 3-də saat 12:00-da keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər