“Azlənd-Plaza” MMC tərəfindən 12 ədəd İsuzu markalı sərnişin avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək. Dəyişiklik gündəlik sərnişin səfər sayı 20-25 min olan 49 nörməli marşrut xətti üzrə sərnişindaşımaların keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına təsir edəcək.
Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 nömrəli marşrutda son günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan qalıdırılacaq.