25 C
Baku
Monday, April 29, 2024

Bakıya təcili eniş edən İsrail təyyarəsinin sərnişini vəfat edib

Təl-Əviv-Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən “El Al İsrael Airlines” aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.

Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər