Bu ilin sonunadək Bakı metropolitenində 4 yeni qatarın istismara veriləcəyi gözlənilir.
Bunu “Bakı metropoliteni” QSC-nin metronun 55 illiyi ilə bağlı keçirdiyi brifinqdə çıxış edərkən qurumun sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, son iki il ərzində müəssisə tərəfindən 8 qatar istismara verilib ki, bununla da yeni qatarların ümumi sayı 95-ə çatdırılıb.
“Qısa zamanda 4 yeni qatarın istifadəyə verilməsi nəzərdə tutulur” – deyə, Hidayət Məmmədov qeyd edib.