“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) əməkhaqları artırıb.
Banker.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əməkhaqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə, əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.