“Baktelecom” MMC-nin internet və telefon xidmətləri üzrə 2020-ci ildə əldə etdiyi gəlirin həcmi 77.92 mln manat təşkil edib.
Bu barədə Banker.az telekommunikasiya şirkətinin illik audit hesabatına istinadən xəbər verir. Audit hesabatını nüfuzlu “Ernst and Young” şirkəti aparıb.
2020-ci ildə əldə etdiyi gəlirlərin həcmi öncəki illə müqayisədə 7.3% çoxdur.
“Baktelecom”un xidmətinin maya dəyəri isə 54.02 mln. manat olmuşdur, bu da öncəki ildə 49.58 milyon manat təşkil edirdi.
Bununla da pravayderin ümumi mənfəəti 23.9 milyon manat təşkil etmişdir.
“Baktelekom”un ümumi və digər administrativ xərcləri optimallaşıb. Belə ki, həcmi 20.41 milyon manat (2019: 21.27 mln. manat) olub.
Gəlirlərinin artması və xərclərinin optimallaşmasına rəğmən, dövlətə məxsus müəssisənin 16.12 mln. manatlıq əlavə vergi xərci yaranıb və nəticədə 13.71 milyon manat zərər edib.
Bu zərərdən sonra telekommunikasiya şirkərinin balansındakı bölüşdürlməmiş mənfəət azalaraq 55.59 mln. manatdan 41.88 milyon manata düşüb.