“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərmaş Group” ilə 48 min manat dəyərində müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə yük avtomobillərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 48 min manatdır.
“Azərmaş” Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. “Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. I mərhələdə müəssisənin yaradılmasına 15 mln. dollar sərmayə qoyulub.
Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.