9 C
Baku
Friday, December 13, 2024

“Baktelecom”dan Ələt Azad İqtisadi Zonası üçün yenidən 3 milyon manatlıq sifariş

“Bakı Telefon Rabitəsi” MMC “Huavei Technologies Azərbaycan” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ələt qəsəbəsində “Azad İqtisadi Zona”nın yaradılması ilə əlaqədar aktiv avadanlıqlar və quraşdırılması üçün tələb olunan mal-materialların satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 300 000 manatdır.

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar EATS-431-Ələt ATS-i-Azad İqtisadi Zona arası FO kabelinin çəkilməsi və çəkilən FO-96 kabelindən Sahil, Sanqaçal, Qobustan, Ümid, Şıxlar ATS-ləri-Azad İqtisadi Zona arası kabel çəkilişi işlərinin görülməsi üçün (LSS-12811-XQ-4 və LSS-12811(Ə)-XQ-1,2,3,4,5,6,7) mal-materiallar və xidmətin satın alınması üçün 2 831 458 manat məbləğində müqqavilə bağlamışdır.

Son xəbərlər
Digər xəbərlər