“Baktelecom”un törəmə müəssisəsinin direktoru vəzifəsindən azad edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) törəmə müəssisəsi – “Azərrabitəlayihə” MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Suleyman Əhmədova həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

“Baktelecom”un tərkibində “Azərrabitəlayihə”dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.