2018-ci ilin yarısından Bakı İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyat Agentliyinə verilən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti ayı 18 254 manat olan aylıq texniki xidmət və yenidən qurma işlərinə görə vəsait xərcləməli olacaq.
Banker.az saytının xəbərinə görə, nəqliyyat şirkəti bununla bağlı “ARIS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə artıq 1 illik 220 249 manatlıq satınlama müqaviləsi imzalayıb.
Müqavilənin tam olaraq predmeti personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətlərin satınalınmasıdır.