Azərbaycanda daha bir mağazalar şəbəkəsi kredit ödənişlərini bir aylıq dayandırdı.
Banker.az-a daxil olan məlumata görə, “Baku Electronics”də karantin rejimi ilə əlaqədar olaraq bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq olunacaq.
Bildirək ki, 29 Mart 2020 tarixindən etibarən “Baku Electronics”in bütün mağazaların işinə müvəqqəti olaraq fasilə verilir. Online şöbə isə gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirəcək.
Onu da qeyd edək ki, “Baku Electronics” ölkədə elektronika sahəsi üzrə mağazalar şəbəkəsindən biridir. 1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başlayıb. Hazırda Respublika üzrə 17-dən çox mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.