“Baku Food Center” QSC 2022-ci ili 43 min 821 manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə QSC-nin mənfəəti 22 min 541 manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2022-ci il tarixinə “Baku Food Center” QSC-nin əsas əməliyyat gəlirləri 421 min manat (29% çox), satışın maya dəyəri 300 min manat, inizibati xərcləri 62 min manat, sair xərcləri 3 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 214 min manat, cəmi kapitalı 75 min manat, cəmi öhdəlikləri isə 140 min manat olub.
Xatırladaq ki, “Baku Food Center” QSC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Zahid Həsənovdur.