“Baku Food Center” QSC 2023-cü ili 57 871 manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə QSC-nin mənfəəti 43 821 manat olub ki, bu da illik müqayisədə 32% artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Baku Food Center”in əsas əməliyyat gəlirləri 579 298 manat (38% çox), satışın maya dəyəri 332 869 manat, inizibati xərcləri 90 383 manat, sair xərcləri 3 900 manat təşkil edib.
Xatırladaq ki, “Baku Food Center” QSC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Zahid Həsənovdur.