25 C
Baku
Wednesday, May 29, 2024

“Baku International Tobacco” xariclə valyuta əməliyyatlarına görə cərimələnə bilər

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Baku İnternational Tobacco” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verililib.

Banker.az xəbər verir ki, bu işin icrasına xitam Yasamal Rayon Məhkəməsində verilib.

Buna görə, Palata adıçəkilən qərardan narazı qalaraq yenidən apellyasiya məhkəməsinə müraciət edib, yəni, işin icrasına xitam verilməsinə dair qərardan şikayətlidir.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Baku İnternational Tobacco” MMC Azərbaycanda tütün istehsal edən zavoddur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər