20 C
Baku
Friday, October 24, 2025

“Baku Steel Company”ə əlavə 45 milyon manat “maya” qoyulub

“Baku Steel Company” QSC-nin (BSC) nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, səhm kapitalı 45 milyon manat və ya 125 faiz artırılmaqla 81 milyon manata yüksəldilib.

BSG-nin yarandığı gündən bu günə qədər kapitalı 36 milyon manat idi.

Qeyd edək ki, BSC 2009-cu ildə MMC təşkilati formasında təsis edilib və 2022-ci ildən qapalı səhmdar formasına keçib.

“Baku Steel Company” QSC Qafqaz regionunda yaradılmış ilk müasir və ən böyük polad tökmə zavodudur. Hazırda müəssisənin illik istehsal gücü 800 min tondur.

 

Son xəbərlər
Digər xəbərlər