22 C
Baku
Friday, October 4, 2024

“Baku Steel Company” ixrac gəlirlərini artırıb

Bu ilin yanvar ayında  “Baku Steel Company” MMC 3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib.

Belə ki, keçən ilin müvafiq dövründə şirkət 2.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Baku Steel Company” Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.

Son xəbərlər
Digər xəbərlər