13 C
Baku
Saturday, November 23, 2024

“Baku Steel Company” səhmdar cəmiyyətə çevrilir

“Baku Steel Company” MMC qapalı fəaliyyət göstərəcək.

Banker.az xəbər verir ki, “Baku Steel Company” MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edir.

Xartırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company” MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir.

“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür. BSC-nin İSO 9001:2015 də daxil olmaqla bir çox uyğunluq sertifikatlarına cavab verən məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və s. ölkələrə də ixrac olunur.

Son xəbərlər
Digər xəbərlər