Ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC-nin işçilərinin sayı açıqlanıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
İstehsal və satışda artımın məntiqi nəticəsi olaraq, BSC-nin işçi sayı artıb. İşçi sayı, ötən illə müqayisədə 168 nəfər artaraq 2022-ci ilin sonuna 1902 nəfər təşkil edib.