16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Baku Steel Company”nin dövlət qarşısında 6 mln. manat vergi borcu var

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanın və eləcə də Qafqazın ən böyük metallurgiya zavodunun dövlətə böyük vergi öhdəliyinin olduğu məlum olub.

Banker.az-ın əldə etdiyi məlumata görə 19 ildir sobasında polad əridən “Baku Steel Company” MMC-nin (BSC) 6.02 mln. (6 019 134) manat həcmində dövlətə vergi borcu var. Dəqiq olaraq bildirək ki, BSC-nin vergi borcu 6 iyul 2020-ci il tarixinə qədəri əhatə edir.

“Baku Steel Company” MMC 2009-cu ildə yaradılıb, sahibi Rasim Məmmədovdur. 2013-cü ilin iyununda “Azərboru” ASC-nin səhmlərinin 97,39 faizinin özəlləşdirilməsinə dair keçirilmiş investisiya müsabiqəsinin nəticələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Baku Steel Company” arasında alqı-satqı müqaviləsi imzalanıb.

baku steel company llc
BSC-də polad istehsalı

Bu zavodu almaq üçün “Baku Steel Company”, Əmlak Məsələləri Dövlət Komitəsinə 14 mln. manat ödəmişdi.

Hazırda BSC-nin nizamnamə kapitalı isə 36 mln. manat təşkil edir. Məlumata görə, şirkətin ümumi işçi sayı min nəfərdən çoxdur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər