Azərbaycandakı poladəritmə müəssisəsi “Baku Steel Company” QSC-nin bu ilin ilk 10 ayında ixrac gəlirləri azalıb.
Banker.az xəbər verir ki, şirkətə ilin ilk 10 ayında xaricə satdığı mala görə 50.6 milyon ABŞ dolları valyuta daxil olub.
Bu da 2024-cü ilin müvafiq dövründəki 53.7 mln. dollardan 6 faiz azdır.
Qeyd edək ki, BSC 2009-cu ildə MMC təşkilati formasında təsis edilib və 2022-ci ildən qapalı səhmdar formasına keçib və şirkətin 81 milyon manat nizamnamə kapitalı var.
“Baku Steel Company” QSC Qafqaz regionunda yaradılmış ilk müasir və ən böyük polad tökmə zavodudur. Hazırda müəssisənin illik istehsal gücü 800 min tondur.







