“Baku Steel Company” MMC-nin yeni rəhbərliyin gəlməsi ardından, alt menecmentdə də yeni təyinatlar baş tutmaqdadır.
Banker.az xəbər verir ki, Gündüz Vəliyev, poladəritmə zavodunun Strateji planlama və büdcə departamentinə direktor təyin edilib.
O, 2017-ci ilin aprelindən 2021-ci ilin aprelinə qədər “Gilan Holding” MMC-də layihə menecer kimi çalışırdı.
Xatırladaq ki, cari ilin fevralında metallurgiya şirkətinin direktoru Kamal İbrahimov təyin edilib. K.İbrahomov hazırda “Qala” brendi altında fəaliyyət göstərən sığorta şirkətlərinin də direktorlar şurasına sədrlik edir.


![“Baku Steel Company”yə yeni təyinat olub [foto] 1 1516641137613](https://banker.az/wp-content/uploads/2021/07/1516641137613.jpg)




