25 C
Baku
Sunday, July 21, 2024

“Baku Steel Construction”ın Müşahidə Şurası seçiləcək

“Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 28 iyun 2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Binəqədi şosesi, 53 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında keçiriləcək.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyi aşağıdakı kimidir:

1. “Baku Steel Construction” ASC-nin Müşahidə Şurasının seçilməsi

2. “Baku Steel Construction” ASC-nin Müfəttişinin seçilməsi

3. “Baku Steel Construction” ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək “Baku Steel Construction” ASC-nin Bakı şəhəri, Binəqədi şosesi, 53 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər